Braziliya millisi "DÇ-2014"ə bir ilkə imza ataraq başlayıb. Braziliya milli komandasının oyunçusu Marselo dünya çempionatlarının tarixinə düşüb. Futbolçu Xorvatiya ilə oyunda avtoqola imza atmaqla adını tarixə yazdırıb.
Çünki bu günə qədər heç bir DÇ-nin açılış oyununda avtoqol qeydə alınmamışdı. Xorvatiya - Brazilya görüşünün 11-ci dəqiqəsində topu öz qapısına vuraraq bir ilkə səbəb olub.
Buna baxmayaraq matç Braziliya açılış matçında 3:1 hesablı qələbə qazanıb.
Aygün İlqarqızı