Mövsümün sonunda Parisin "Saint Germain" klubundan ayrılacağını açıqlayan Zlatan İbrahimovic onu almaq istəyən klublara ağlasığmaz məbləğ oxuyub.
Teleqraf.com xəbər verir ki, İngiltərə Primer Liqasında oynamaq üçün İbrahimoviçin istədiyi məbləğ həftəyə 600 min funt sterliqdir. (təxminən 1 milyon AZN).
"Daily Mail" qəzeti yazır ki, klublardan biri İbrahimoviçi sıralarında görmək istəyib. Amma rəhbərlik "34 yaşlı futbolçunun həftəsinə bu qədər pul verilirmi" sualı ətrafında düşünür.
Çin futbol klubları İbrahimoviçə həftəyə təxminən 2 milyon AZN təklif etsələr də, ulduz futbolçi İngiltərə primer liqasında oynamaq istəyib. Futbolçinin meniceri Mino Raiola İbrahimoviçlə "Manchester City" istisna olmaqla 4 klubun maraqlandığını bildirib.
Hazırda İngiltərə Primer Liqasında həftədə ən çox qazanan Vayne Runeydir. (567 min AZN)
Ayxan