Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, səfər oktyabrın 31-nə planlaşdırılıb.
Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, bir sıra dövlət və özəl şirkətlərin rəsmiləri də daxil olacaq. Səfər çərçivəsində noyabr ayının 1-də Azərbaycan-Rusiya biznes forumunun keçirilməsi də planlaşdırılır.