Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernizasiya layihəsinin icrası üçün indiyədək 80 mln. manat həcmində vəsait xərclənib.
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində əsas vəsait avadanlıqlar alındıqdan sonra xərclənəcək.
“Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi üçün 1,3 mlrd. manat ayrılması (Beynəlxalq Bankdan - "Report") nəzərdə tutulurdu. Devalvasiyadan sonra bu məbləğ təxminən 800 mln. dollara düşüb. Amma layihə üçün nəzərdə tutulduğundan bir qədər çox vəsait lazım olacaq. Avqust ayında Zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərən qurğulardır və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi hələlik demək çətindir. Bir neçə aydan sonra dəqiq rəqəm ortaya çıxacaq. Fikrimcə, təxminən 1,5-1,7 mlrd. dollar lazım olacaq” - vitse-prezident söyləyib.