Azərbaycan Mərkəzi Bankı 17 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 17-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7039 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,8225 manat təşkil edir.
1 türk lirəsi 0,5131 manat, 1 rus rublu 0,0264 manatdır.