Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.
Teleqraf.com-un məlumatın agörə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar bahalaşaraq 53,83 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,25 dollar artaraq 56,81 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,04 dollar və ya 0,07% artaraq 58,08 dollar təşkil edib.