23 Fevral 2017 17:27
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır".

Teleqraf.com xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, layihədə iştiraka maraq göstərən ölkələrin sayı artır: “2019-cu ilin axırında bu birləşmə hazır olacaq, Azərbaycan qazı Yunanıstan ərazisində Bolqarıstana nəql olunacaq. Bununla "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər, yollar açılacaq”.

Nazir qeyd edib ki, ilk hesablamalarda layihənin maliyələsməsi təxminən 45 milyard dollar civarında olacağı qeyd edilmişdi: "Lakin bu gün yenidən aparılan hesablamalar zamanı maliyyənin 40 milyardı keçməyəcəyi müəyyənləşib”

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər