25 Aprel 2017 21:38
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polietilenin istehsalat həcmi 600 tona çatdırılacaq

Gələn il Azərbaycanda gündəlik olaraq 2000 ton karbamid istehsal olunacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Bakıda II “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq forumunda “Azərkimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, bundan başqa, 2018-ci ildə polipropilenin gündəlik istehsalat həcmi 500 tona, polietilenin istehsalat həcmi 600 tona çatdırılacaq.

Azərbaycanda istehsal olunan polipropilen və karbamidin 80 faizi ixracata yönələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər