7 Avqust 2017 13:38
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanıb.

Bu barədə Teleqraf.com-a Maliyyə Bazarına Nəzarət Palatasından məlumata verilib.

Məlumatda bildirilib ki, həmin dövrdə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 124 milyon 410 min manat təşkil edib.

Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib.

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub. Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib.

Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər