14 İyul 2018 17:25
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib.

Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Fidan” MTK-ya ayrıldığı məlum olub.

Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunamüvafiq qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması üçün “Fidan” MTK-ya icrası məcburi olan “məcburi göstəriş” verilib.

ETSN ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərərən vətəndaşlara və KİV-lərə təşəkkürünü bildirir, qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir.


Müəllif: Teleqraf.com