15 Dekabr 2018 10:32
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan 2019-cu ildə məhz Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü – avqustun 12-də Avaza sahil kurortunda ilk Xəzər iqtisadi forumunu keçirməyi planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Trend Türkmənistan hökumətinə istinadən məlumat verir.

Forumun keçirilməsi haqqında qərar Türkmənistanın təşəbbüsü ilə bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində V Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilib.

Xəzər forumunun keçirilməsinə hazırlıq məsələsi ötən gün Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər