14 Dekabr 2019 15:28
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Anadolu İxracatçılar Birliyinə (DAIB) üzv şirkətlər bu ilin yanvar-noyabr aylarında 190 ölkəyə 1,677 milyard dollarlıq məhsul ixrac edib.

Məlumata görə, ixracatda 1,295 mlrd dollarla sənaye məhsulları birinci olub. Onu 142,155 milyon dollarla mebel, kağız və meşəçilik məhsulları, 117,431 mln dollarla kənd təsərüfatı məhsulları izləyib.

DAIB-a üzv şirkətlərin bu ilin 11 ayındakı ixracat sıralamasında müvafiq olaraq 397,322 mln dollarlarla İraq, 110,387 mln dollarla Azərbaycan (Naxçıvan), 97,177 mln dollarla Almaniya qərarlaşıb./report/


Müəllif: Teleqraf.com