Dünyanın ən iri neft şirkəti “Saudi Aramco” neft hasilatını sutkada 12 milyon bareldən 13 milyon barelədək artıracaq.
Teleqraf.com xəbər verir ki, şirkət bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən tapşırıq alıb.
Qeyd edək ki, ötən həftə OPEC+ sazişi ilə bağlı razılıq əldə olunmadığı üçün neft qiymətləri 25 faiz ucuzlaşıb. Səudiyyə Ərəbistanı öz növbəsində aprelin 1-dən başlayaraq neft hasilatını artıracağını və nefti 20 faiz ucuz satacağını açıqlayıb.