20 Mart 2020 19:54
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft ixrac edən ölkələr “qara qızıl” qiymətlərinin bir barrel üçün 20 dollara, hətta daha da ucuzlaşacağına görə narahatdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, WTI xam nefti gözlənildiyindən 3-5 dollar daha ucuz satılır və aşağı qiymət bir neçə həftə və ya ilin sonuna qədər davam edə bilər:

“Neft bazarındakı bəzi oyunçular daha yüksək qiymətlərə ümid edərək gələcək üçün yanacaq almağa başlayıb. Digərləri isə qiymətlərin ucuzlaşmasının davam edəcəyinə inanır”.

Çinin Şanxay Youlin İnvestisiya Fondunun analitikinin fikrincə, WTI markalı neftin qiyməti ABŞ-da şist neft hasilatının maya dəyərindən aşağı düşəcək.

Bank analitikləri də kotirovkaların azalmaqda davam edəcəyinə inanır.

“Goldman Sachs” da bir barrel üçün 20 dollar proqnozlaşdırır. “Citigroup” isə bir barel üçün 17 dollar və ya daha aşağı bir ssenari təqdim edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər