29 İyun 2020 09:57
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qaz isə bahalaşıb.

Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,61% azalaraq 1 barelə görə 40,27 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,84% azalaraq 37,78 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,10% artaraq 1,594 ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər