7 Dekabr 2020 10:15
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın ən böyük aviaşirkəti olan Lufthansa ilin sonunadək 29 min işçisini ixtisara salacaq.

Teleqraf.com xəbər verir ki, koronavirus pandemiyasından ağır zərbə alan şirkət məşğulluğu gələn ildən azaldacaq.

Şirkət sözçüsü hava limanının xaricdəki şöbələrində çalışan 20 min insanın işdən çıxarılacağını təsdiqləyib. Bundan əlavə, şirkətin özünə məxsus təyyarə daxili məhsulu və iaşə şirkəti “LSG”nin satıldığı da bildirilib. “LSG”nin 7500 əməkdaşı var idi. Şirkət rəsmisinin sözlərinə görə, aviaşirkət gələn il ən az 10 min işçisini ixtisar edəcək.

Dünyanın bir çox aviaşirkəti kimi koronavirus pandemiyası səbəbindən uçuşlarını azaldan Lufthansanın dövlət yardımına baxmayaraq, bu ilki zərər 5 milyard 600 milyon avroya çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər