25 Fevral 2021 16:47
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3326,3 manat, qeyri-neft-qaz sektorunda 651,2 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər