5 Aprel 2021 17:15
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun bu gündən qüvvədən düşüb.

Teleqraf.com xəbər verir ki, bununla da, “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.

Bununla belə, əvvəlki qanundan fərqli olaraq yenilənmiş qanunda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırırılıb, sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə, notariusların depozit hesablarındakı fiziki şəxslərə məxsus pul vəsaitləri isə tam məbləğdə sığortalanıb.

Xatırladaq ki, Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanunu 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edib. Məqsəd Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. 2019-cu il martın 4-də qanunun qüvvədə olma müddəti 1 il, ötən il martın 13-də daha 9 ay, ötən il dekabrın 18-də isə daha 4 ay uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər