14 İyun 2021 11:19
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla”nın qurucusu, milyarder iş adamı İlon Musk kriptovalyuta bazarları ilə oynamağa davam edir.

Teleqraf.com xəbər verir ki, o bu dəfə kriptovalyutalar yenidən yüksəlməyə təkan verən bir açıqlama ilə çıxış edib.

Daha öncə iş adamı kriptovalyuta mədənçiliyinin böyük elektrik istehlakına səbəb olduğunu, buna görə də karbon emissiyalarının artdığını və ətraf mühitə uyğun fikirlər ortaya çıxana qədər bitkoinlə “Tesla” satışlarını dayandırdığını açıqlamışdı. Bundan sonra bitkoin ciddi dəyər itkisi yaşadı və iyun ayının əvvəlində özünə gəlməyə çalışdı, ancaq İlon Muskın növbəti tvitindən sonra yenidən eniş trendi yaşandı.

İlon Musk “Twitter”də bitkoinlə ödəniş qəbul etməyi dayandıran “Tesla”nın yenidən bitkoini qəbul edəcəyini açıqlayıb: “Bitkoin aktivləri ilə “Tesla” satışları yalnız 10 faiz təşkil edir. Bitkoin mədənçiliyində daha təmiz enerji istehlak etməsi üçün bir həll tapılacağı təqdirdə şirkət bitkoini yenidən qəbul edəcək”.

Açıqlamalardan sonra kriptovalyutalarda artım olub. Aprelin 14-də 64 min 804 səviyyəsini görən bitkoin 24 saat ərzində 11 faiz artaraq 38 min 971 dollar səviyyəsinə çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər