22 İyun 2021 14:55
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Əmrah tez-tez ticarət yatırımları ilə diqqəti üzərinə çəkir.

Teleqraf.com xəbər verir ki, müğənni bu dəfə öz kriptovalyutası ilə rəqəmsal valyuta bazarına girməyə hazırlaşır.

Məlumata görə, Əmrah son illərdə investorların sevimlisinə çevrilən kriptovalyutalarla maraqlanıb. Onun 2018-ci ildə bir konsert təklifi müqabilində pul əvəzinə 30 bitkoin tələb etdiyi də məlumdur. Bitkoinə kifayət qədər sərmayə yatırdığı bilinən Əmrah bu dəfə öz sikkəsini buraxmağa qərar verib.

Xəbərə görə, xaricdən investisiya məsləhətçilərinin rəhbərliyi altında kriptovalyuta bazarına girməyə qərar verən müğənni lazımi əməliyyatları yerinə yetirmək üçün hazırlıqlara başlayıb. Sikkənin adı ilə bağlı hələ dəqiq qərar verməyən müğənninin “Emcoin” və ya “Emrahcoin” arasında seçim arasında qaldığı deyilir. Qarşıdakı günlərdə öz adının daşıdığı kriptovalyuta ilə pərəstişkarlarını təəccübləndirməyə hazırlaşan Əmrahın müzakirələrə səbəb olacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı