OPEK+ Monitorinq Komitəsinin nazirləri dekabr ayına qədər neft hasilatının sutkalıq 2 milyon barrel artırılması tövsiyəsini müzakirə etdikdən sonra da diskussiyaya davam edirlər.
Teleqraf.com-un məlumatına görə, bu barədə "TASS"a OPEK-dəki mənbələr bildirib.
Mənbələrdən biri deyib: "Görüş başa çatmayıb, müzakirələr davam etdirilir". Digər mənbə, öz növbəsində bildirib ki, bəzi ölkələr onlara təklif edilənlərdən narazı olduğu üçün qərar aydın deyil.
Qeyd edək ki, daha əvvəl mənbələr bildiriblər ki, Monitorinq Komitəsi ilin sonuna qədər beş ay ərzində neft hasilatının sutkalıq 2 milyon barrel artırılması üzrə tövsiyə verib.