Dünyada buğda ehtiyatı son 10 ildə 191 milyon tondan 287 milyon tona yüksəlib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin buğda və toxum tədarükçüsü “Taban Gıda” açıqlayıb.
“Taban Gıda”nın baş direktoru Həsən Hacıxəliloğlu pandemiya dövründə ölkələr tərəfindən ehtiyat saxlamaq cəhdlərinin olduğuna diqqət çəkib: “Qarşılaşdığımız ən böyük problem iqlim dəyişikliyidir. Hava temperaturunun artması ilə əlaqədar məhsuldarlıqda çox ciddi dəyişikliklər baş verir. Hesab edirəm ki, bu vəziyyət ölkələrin ehtiyatlarını saxlamaq səylərində daha təsirli olur. Son 10 ildə əksər ölkələr ehtiyatlarını artırmağa çalışırlar. Məsələn, Rusiya 10 il əvvəl 36 milyon ton buğda istehsal edirdisə, bu gün 75 milyon tondan çox buğda istehsal edir. Bunun üçün lazımi infrastruktur gündən-günə yaxşılaşdırılır. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya və ən böyük buğda idxalçılarından biri olan Misir dövləti birgə layihə ilə Misirdə çox yüksək saxlama qabiliyyətinə nail olmaq üçün yeni bir razılaşma əldə etmək mərhələsindədir”.
ABŞ Kənd Təsərrüfatı Departamentinin hesabatına əsasən, buğda tədarükü, istehlakı, ticarət və qapanma ehtiyatlarında artım tendensiyası davam edir. Ümumi tədarük 4,3 milyon ton artaraq 1,067 milyon ton olub.
Avstraliya Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, buğda istehsalı 2,5 milyon ton artımla 34 milyon tonla rekord səviyyəyə çatıb.
Qlobal buğda istehlakı 1,9 milyon ton artaraq 789,4 milyon tona çatıb.
Qlobal səhmlər Avstraliya, Kanada və ABŞ-da artımla 2,4 milyon ton artaraq 278,2 milyon tona çatıb.