2 Mart 2022 13:41
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumu buğda ticarətini dayandırdığı üçün qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə qalxıb.

Teleqraf.com xəbər verir ki, Çikaqo birjasında Çikaqo birjasında buğdanın buşeli 10 dolları keçib (1 buşel = 35,2 kq).

Bu, 2008-ci ildən bəri ən yüksək səviyyədir. Bu artımın onsuz da yüksək olan qlobal ərzaq qiymətlərinə daha da təsir edəcəyi gözlənilir. Əsas qida məhsullarından olan buğda ötən ay 30 faizdən çox artıb.

Qlobal buğda ixracının 25 faizindən çoxu və qarğıdalı ixracının beşdə biri Rusiya və Ukraynanın payına düşür. İki ölkə arasında müharibə ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi də taxıl bazarında çaşqınlıq yaradıb. İdxalçılar satınalma üçün bu 2 ölkədən başqa ölkələrə üz tutdular.

Dünyanın ən böyük kənd təsərrüfatı məhsullarının emalçısı olan “Archer Daniels Midland” və kənd təsərrüfatı məhsulları ticarətçisi olan “Bunge” kimi şirkətlər bölgədəki fəaliyyətini dayandırıb.


Müəllif: Yeganə Oqtayqızı