4 Aprel 2022 21:13
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari il aprelin 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard 136,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 21,5 milyon dollar azdır.

İqtisadçı Eldəniz Əmirov AMB-nin valyuta ehtiyatlarının azalmasının səbəblərini Teleqraf.com-a şərh edib.

O bildirib ki, azalmanın səbəbi ehtiyatların idarəolunma prosesindən qaynaqlanır: “Qlobal iqtisadiyyatda baş verən böhran, münaqişələr fonunda məzənnə dəyişikliklərində enmələr kimi bir çox faktorlar ehtiyatların idarə olunmasında öz rolunu oynayır.

Bu azalmanın təhlükəli hədd olub-olmamasını demək üçün azalma göstəricisinin ümumi valyuta ehtiyatlarının neçə faizini təşkil etdiyinə nəzər salmaq lazımdır. Azalma ümumi valyuta ehtiyatının 0,3 faizi həcmindədir. Yəni valyuta ehtiyatlarının azalması cəmi 0.3 faiz həcmində baş verib. Bu da o deməkdir ki, ehtiyatların təxmin 333 hissəsindən biri azalıb. Əslində, bu, kiçik bir göstəricidir. Düşünürəm ki, gələcəkdə iqtisadi reabilitasiyanın sürətlənmə dövründə bu ehtiyatlar yenidən bərpa olunacaq və biz artım dinamikasını müşahidə edə bilərik”.


Müəllif: Yeganə Oqtayqızı