23 May 2022 15:14
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 3-4 aya baxanda demək olar ki, böyük bir fırtına olub. Əgər bu söhbəti yanvar ayında etsəydik, daha optimist olardı. Hazırda Davosda çox pessimist söhbətlər edirik. İnsanlar xoşbəxt deyillər. Artan faiz dərəcələri, fiskal və monetar stimulların geri götürülməsi var, Ukraynada müharibə var, Çində epidemik karantin var. Bütün bunlar iqtisadiyyatlara təzyiq göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Davos İqtisadi Forumunda “S4 Capital” reklam və marketinq şirkətinin qurucusu və idarə heyətinin sədri Ser Martin Sorrell deyib.

O, reklam sektorunda geriləmə olduğunu bildirib: “Davam edən bir dəyişiklik var, biz rəqəmsallığa doğru keçid görürük. Rəqəmsallıq daha az xərcə malikdir və daha tez ölçülə bilər. İnvestisiyanız və satışlarınız arasında əlaqəni daha sürətli görə bilərsiniz.

Daha əvvəl 4-5% olaraq təyin olunan 2022-ci il qlobal böyümə gözləntiləri 3%-ə qədər enib. Gələn il üçün 1,5%-lə 2% arasında bir artım gözlənilir. Bunun nəticələri çox kritik olacaq”.


Müəllif: Yeganə Oqtayqızı