30 İyul 2022 10:42
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələrin OPEC+ qrupu arasında razılaşmaya Rusiya və Səudiyyə Ərəbistanı qəti şəkildə sadiq qalırlar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya hökuməti bəyan edib.

Hökumətin açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novakın Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanla danışdığı bildirilib.

Novak və Salman iki ölkə arasında ticarət və iqtisadi məsələləri, qlobal neft bazarındakı vəziyyət müzakirə ediblər.

Vurğulanıb ki, Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində bazar sabitliyini qorumaq və tələb-təklif balansını bərpa etmək məqsədinə qətiyyətlə sadiqdir.


Müəllif: Yeganə Oqtayqızı