Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin təbii qaz ödənişlərini qismən rublla həyata keçirməyə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərinə bir günlük işgüzar səfərindən sonra açıqlayıb.
Bildirilir ki, 4 saatlıq görüş keçirən iki lider tikinti, kənd təsərrüfatı, sənaye, maliyyə və turizm kimi bir çox sektorda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.