14 Mart 2023 13:35
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kahramanmaraş mərkəzli zəlzələdən sonra 600 mindən çox binaya ziyan dəyib. Binaların dağıntıları təkrar emala gedərək, alınan materialdan daha möhkəm tikinti materialları istehsal ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Malatya İnönü Universitetinin dosenti Müslüm Murad bildirib.

O qeyd edib ki, zəlzələnin vurduğu şəhərlərdə xarabalıqdan qalan dağıntıların ətraf mühitə zərər vermədən geri çevrilərək iqtisadiyyata qatqı təmin edilməlidir: “İlk mərhələdə dağıntı materialları çeşidlənə bilər. Xüsusilə dəmir, plastiklər, şüşələr ayrıla bilər. Xüsusən təkrar emal olunmuş beton materiallarını iqtisadiyyata qaytara biləcəyik. Nə qədər ki, bunlar nəzarətli şəkildə təkrar emal edilərsə, xüsusilə ölkəmiz üçün həm xərc, həm də iqtisadiyyat baxımından əhəmiyyətli töhfələr verəcəyini düşünürəm”.

Müslüm Murad sökülən binaların statistikasına görə, hazırda təxminən 300 milyon ton materialın təkrar emal edildiyini deyib: “Şəhərsalma, orta və ağır zərərlə birlikdə təkrar emal edilən materialların bir milyard tonu keçəcəyi güman edilir. Ölkəmizdə sement sənayesində təxminən 80 milyon ton istehsal olunan material olduğu halda, tikinti sektoruna 10-15 illik tikinti materialını qazandıra bilərik”.


Müəllif: Yeganə Oqtayqızı