14 Yanvar 2015 15:49
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 14-cü dərin dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan, 2341-2328 metr intervaldan fontan üsulu ilə gündəlik 160 min kubmetr qaz və 1 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər