Kərkük-Türkiyə Neft Boru Kəməri bu həftə ərzində işə düşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Əbu-Dabidə keçirilən beynəlxalq neft sərgisi və konfransında deyib.
Nazir xəttin bu il fevralın 6-da Türkiyədə baş verən zəlzələdən və sonrakı daşqınlar nəticəsində zədələndiyini xatırladıb: “Xətt bu gündən etibarən istismara hazır vəziyyətə gətirilib. Bu həftə əməliyyatları bərpa etdikdən sonra qlobal neft bazarlarına yarım milyon barel qaz tədarük edəcək Kərkük-Türkiyə boru kəmərini yenidən istismara verəcəyik”.