SOCAR “Azəriqaz” İB rəhbərliyinin Naftalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
“Azəriqaz”dan Teleqraf.com verilən məlumata görə, noyabrın 4-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Naftalan şəhərinin, eləcə də Goranboy və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 050-845-92-92; 055-224-90-66) müraciət edə bilərlər.