30 Yanvar 2015 18:20
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət bu pulu fermerlərə verir, məmurlara yox”

“Bir neçə gün öncə prezident İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Bu müzakirələrdə bundan əvvəlki iki proqramın əhatə etdiyi dövr ərzində ölkə iqtisadiyyatında və regionların inkişafında əldə olunmuş nailiyyətlərdən geniş danışıldı. Prezidentin dediyi kimi həqiqətən də son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bircə fakt hər kəsə çox mətləblərdən xəbər verir”.

Teleqraf.com xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov Prezident İlham Əliyevin konfransda səsləndirdiyi fikirləri şərh edərkən deyib. Bu illər ərzində ölkə iqtisadiyyatına 180 milyard dolllar investitsiya qoyulduğunu deyən F.Yusifov qeyd edib ki, bu da Prezidentin çox haqlı oilaraq dilənçi adlandırdığı Ermənstanın 40 illik dövlət büdcəsinə bərabər bir vəsaitdir: “Uğurlarımız göz qabağındadır və bu barədə biz mətbuatda bir qədər öncə etdiyimiz çıxışlarımızda əsaslandırılmış açıqlamalar vermişik. Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının birinci ili də çox uğurla başa vuruldu. İndi isə söhbət qarşıda duran 4 il ərzində bu proqramın eyni uğurla icrasının təmin olunmasından gedir. Keçən ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətləri aşağı düşməyə başlayıb. Bütün neft hasil edən ölkələr kimi bu proses ölkəmizə də təsirsiz ötüşməyəcək. Prezident İlham Əliyev də konfransdakı yekun nitqində məhz bu məsələlərə diqqəti çəkdi. “Neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir... Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər”.

F.Yusifov hesab edir ki, xərclərin səmərəliliyini maksimum artırmaq məqsədilə bu xərclərə görə cavabdeh olan məmurların məsuliyəətinin qaldırılması istiqamətində daha ciddi addımların atılması zərurətə çevrilib: “Fikrimizcə, bunun ən doğru yolu ayrı-ayrı layihələrin icrasına ayrılan vəsaitlərdən istifadənin düzgünlüyünü və səmərəliliyini mütəmadi yoxlayıb israfçılığa yol verən məmurlar barəsində müvafiq tədbirlər görməkdən keçir. İlham Əliyev konfransda bu məsələdən bəhs edirkən “Bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir” - dedi. Hesab edirik ki, Prezidentin bu məsələlərlə bağlı konfransdakı xəbərdarlığı xərclərə nəzarətin ciddi şəkildə artırılacağının anonsdur”.

Prezidentin bank sektorunun daha yüngül qazanc yollarından nəhayət ki, iqtisadiyyatın real sektoruna əsaslı şəkildə üz tutmasının vacibliyinə dair dediklərini diqqət yönəldən BİAB sədrinin sözlərinə görə, banklar real sektora kreditlərin verilməsində bəzən müxtəlif yersiz və heç nə ilə izah olunmayan tələblər irəli sürürürlər: “Son nətiəcədə müəsissələrə çox “diplomatik” şəkildə “yox” deyirlər. Bununla bağlı onlarla konkret misallar göstərmək olar. Əslində ölkədə iqtisadiyyatın real sektorunun inkişafının təmin olunmasında bankların rolu kifayət qədər yüksək olmalıdır. Prezidentin çox haqlı olaraq dediyi kimi, bütün səviyyələrdən dəstək alan və qayğı görən banklar bunu etməyə borcludurlar”.

F.Yusifov aqrar sektorun daha sürətli inkişafı üçün 2015-ci ilin kənd təsərrüfatı ili elan olunduğunu xatırladaraq cari ildə bu sektorun qarşısında daha böyük vəzifələr dayandığını deyib: “Aqrar sektorda uğur qazanmağın ən düzgün yollarından biri də sahəyə ayrılan vəsaitlərin öz təyinatı üzrə istifadəsinin təmin olunmasından keçir. Təəssüf ki, bu, həmişə belə olmur və elə buna görədir ki, Prezident yekun nitqində “Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox.” – deyərək məmurlardan tələb etdi ki, aqrar sektora ayrılan subsidiyaların və digər vəsaitlərin istifadəsinə ciddi nəzarət etsinlər. Elə buna görə də 2015-ci ildə aqrar sektorda çalışan məmurların və yerli icra orqanlarının üzərinə ciddi vəzifələr düşür. Ümumiyyətlə, Pezidentin bu xəbərdarlıqlarından hər kəs nəticə çıxarmalıdır - bunun alternativi yoxdur”.


Müəllif:

Oxşar xəbərlər