Vergilər Nazirliyi 2015-ci ilin yanvar-mart aylarında vergi daxilolmaları haqqında məlumat açıqlayıb.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, 2015-ci ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,0 faiz əməl edilib.
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz təşkil edib.
Naibə QURBANOVA