Dünya birjalarında neftin qiyməti yenidən düşüb. Brent markalı neft 0.65 dollar ucuzlaşaraq 54,62 dollar olub. WTI markalı neft isə 0.31 dollar ucuzlaşaraq 48.14 dollar təşkil edib.
Teleqraf.com “Bloomberg”ə istinadən bildirir ki, “qiymətli metal” yenə ucuzlaşıb. Qızıl 8.60 dollar ucuzlaşaraq unsiyası 1085 dollar olub.