23 Dekabr 2015 14:15
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Devalvasiya və manatın ucuzlaşması şəraitində vəsaitləri saxlamaq üçün ən yaxşı variantlardan biri də onu daşınmaz əmlaka – mənzil və obyektlərə yatarmaqdır. Bu barədə əmlak bazarı üzrə ekspertlər bildirib. Bununla yanaşı, vəsaitin məhz hansı əmlak növünə və hansı vəbəbdən yatarmaqla bağlı ekspertlərin fikirləri fərqlənir.

“Əmlakın ucuzlaşması müvəqqətidir”

Milli valyutanın məzənnəsindən asılı olmayaraq istənilən iqtisadi şəraitdə daşınmaz əmlaka investisiya qoyuluşu sərfəlidir. Bunu teleqraf.com-a açıqlamasında “Koneko” qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc deyib. Onun sözlərinə görə, əmlak bazarına pul qoymaq istəyənlər bu məsələdə devalvasiyanı nəzərə almamalıdır: “İqtisadi böhran əmlakı müvəqqəti ucuzlaşdıra bilər, amma tədricən qiymətlər yenə də bərpa olunur, əmlak dəyər qazanır. Ona həmişə tələbat var. Bir qrup insan üçün var-dövlətdir, bəziləri üçün yaşayış yeridir, bir qisim insanlar üçün isə icarə-kirayə fəaliyyəti üçün vasitədir. Daimi gəlir yerinə malik olmaq istəyənlər daşınmaz əmlaka investisiya etməkdən çəkinməməlidir. Bu, xüsusilə qeyri-yaşayış sahələrinə aiddir”.

“Əmlak almaq üçün əsl fürsətdir”

“Caspian Property Services” şirkətinin direktoru Rəna Axundova isə deyir ki, iş adamları dolların bahalaşması nəticəsində daşınmaz əmlakın ucuzlaşmasından istifadə etməlidir: “İqtisadi böhran əmlak almaq üçün əsl fürsətdir. Tədricən iqtisadiyyat sabitləşəcək. Bu həm neftin bahalaşması, həm də digər sahələrin inkişafı hesabına ola bilər. Uzunmüddətli perspektiv üçün torpaq sahələrinə, qısamüddətli perspektiv üçün isə mənzillərlə pul qoymaq olar: «İqtisadi böhran tikinti sektorunu zəiflədə bilər ki, bu da son nəticədə satışa çıxarılan mənzillərin sayını azalda, onların qiymətini artıra bilər. Həmçinin mənzil almaq fikrindən daşınanlar torpaq alıb fərdi ev tikməyə üz tuta bilər. Yəni, böhranın təsiri ilə hər iki növ əmlakın bahalaşması mümkündür".


Müəllif:

Oxşar xəbərlər