Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Askar Mamın arasında görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları”nın mətbuat katibi Nadir Əzməmmədovun Teleqraf.com-a verdiyi məlumata görə, Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf perspektivləri, “ADY Ekspess” MMC , "KTZ Express" SC, "Trans Caucasus Terminals" MMC və "ACSC Logistics" MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması və Azərbaycan dəmiryolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.
İlhamə ƏBÜLFƏT