23 Aprel 2016 23:27
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 494,7 min nəfər olub. Onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 611,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, muzdla işləyənlərin 22,7 faizi təhsil, 19,1 faizi ticarət, 12 faizi sənaye, 8,9 faizi səhiyyə və sosial xidmətlər, 6,3 faizi tikinti, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 18 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Cari ilin yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 472,2 manat təşkil edib. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, tikinti, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


Müəllif: