17 Fevral 2016 01:12
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir dünyanın ən zəngin insanlarından biri kimi tanınan Mikrosoft-un qurucusu Bill Qeytsin məktəb illərində çox utancaq olduğu ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb.

Şirkət ortağı olan Paul Allen ilə eyni məktəbdə oxuyan Bill Qeyts verdiyi müsahibədə məktəb illərindən, qızlarla necə tanış olduğundan və müəllimlərinin kompüterə necə qorxaraq yanaşmasından bəhs edib.

Mikrosoft şirkətinin qurucusu bildirib ki, o, qızlarla dolu olan sinifdə tək oğlan olub. O, həmçinin qeyd edib ki, qızlara yaxın olmaq üçün texniki biliyindən istifadə edərək qızların kompüterlərinə kiber-hücum edib və məlumatlar ələ keçirib.


Müəllif: