Türkiyədə polis idarəsinə məşhur müğənni İbrahim Tatlısəs haqqında anonim zəng edilib və “İbrahim Tatlısəsi güllələyəcəklər” deyə xəbərdarlıq edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zəng polisi hərəkətə keçirib. Onlar müğənninin təhlükəsizliyini qorumaq üçün iki cangüdən ayırıblar. Anonim zəng edənin kimliyi araşdırılır.
İbrahim Tatalısəs 2011-ci ildə silahlı hücuma məruz qalmış və başından yaralanmışdı.
Rəqsanə