25 İyun 2014 14:13
5 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Orxan Babazadənin doğum günü keçirilib.

Teleqraf.com xəbər verir ki, doğum günü tədbirindən xəbərsiz olan müğənniyə sürprizi yaxın dostu, prodüser Humay Muxtarova edib. Belə ki, onun təşəbbüsü ilə keçirilən ad günündə bir sıra şou-biznes nümayəndələri iştirak edib.

Tədbir Orxan Babazadənin salona daxil olması və gözləmədiyi anı təəccüblü şəkildə qarşılamasıyla başlayıb. Daha sonra üzərində səbəbkarın şəkli əks olunan tort kəsilib.

Qeyd edək ki, O.Babazadə yerli-şou-biznesdə bahalı avtomobili olan müğənnilərdəndir. Onun idarə etdiyi “Range Rover” və 2014-cü ilin buraxılışı olan “Mersedes C klass”dır.

Gecə saatlarınadək davam edən tədbirin şəkillərini oxuculara təqdim edirik.

Aysel Şirinzadə


Müəllif: