14 İyun 2017 23:37
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın şou"nun bugünkü buraxılışında maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, bir neçə gün öncə elə bu proqramda qalmaqal yaşayan müğənni Səidə Sultan və aktrisa Pərvin Abıyeva verilişin qonağı olublar.

Aparıcının xahişi ilə Səidə Pərvinin yanında əyləşib və onlar bir-birinin haqqında xoş sözlər söyləyiblər.

“Mən verilişə gəlməmiş hamı mənə deyirdi ki, Səidə orda sənə problem yaradacaq. Mən fikir vermirdim. Amma həqiqətən də elə oldu. Lakin hər şey geridə qaldı, artıq bizim aramızda heç bir problem yoxdur” deyən Pərvinə Səidə belə cavab verib:

“Sabah biz haradasa üzbəüz gəlsək, yenə də öpüşüb görüşəcəyik. Bu bir yarışma idi, Pərvin məni səhv başa düşdü. Gərək ki, belə olmayaydı, amma oldu... Neyləmək olar?”

Bir-birinə mülayim sözlər söyləyən Səidə və Pərvin sonda qucaqlaşıb öpüşüblər.

Qeyd edək ki, günlər öncə onlar arasında gərgin qalmaqal yaşanmış və şouda səsverməyə çıxan Səidə Sultan Pərvini maşından uzaqlaşdırmışdı.


Müəllif: Könül Əlibəyli