Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları xanəndə Elza Qaybalıyeva ilə bəstəkar Tahir Əkbər olub.
Tahir Əkbər səhhətiylə bağlı bəzi açıqlamalar verib:
“Beynimdə qan dövranı ilə bağlı problem vardı. Əməliyyat etdilər. Həkimlərimizin səyi nəticəsində əməliyyat uğurla keçdi. İndi özümü yaxşı hiss edirəm.
Əməliyyatdan sonra sənət yoldaşlarım da mənə baş çəkdilər. Bir dəfə gördüm ki, həyətdən ağlamaq səsi gəlir. Soruşdum o nə səsdir? Dedilər, Nailə Mirməmmədlidir. Əməliyyatdan sonrakı şişlər hələ çəkilmədiyinə görə məni görüb hönkürtü ilə ağlaya-ağlaya həyətə qaçıb”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.