12 Aprel 2018 08:03
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra tanınmışların imicində köklü dəyişiklik edən stilist Anar Ağakişiyev bu dəfə aktrisa Gülşad Baxşıyevanı makiyaj edib.

Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev komandası ilə birgə etdiyi dəyişimi özünün İnstaqram səhifəsində izləyicilərinə təqdim edib. “Bu dəfəki dəyişimim Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru, bir çoxlarının “Bəxt üzüyü” filmindən “Sara” rolu ilə tanıdığı, gözəl aktrisamız Gülşad Baxşıyeva oldu.

Buyurun, bu da Sizin “bəxt üzüyünüz”. Sizinlə işləmək mənə sadəcə və sadəcə zövq verdi”, - deyə stilist vurğulayıb. Xatırladaq ki, bundan əvvəl xalq artistləri Flora Kərimova və Məleykə Əsədovanın stilində edilən dəyişiklik izləyicilərin marağına səbəb olmuşdu.

_


Müəllif: Kəmalə

Oxşar xəbərlər