6 May 2018 16:52
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Murad Boz yeni avtomobil alıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Murad Boz aktrisa Əsli Ənvər ilə 2 il yarım sürən münasibətə ötən ay son qoyduqdan sonra xarici ölkəyə istirahətə yollanıb.

O, Türkiyəyə qayıtdıqdan sonra özünə bahalı maşın alıb. Müğənni Ferrari markalı avtomobilə 700 min avro ödəyib və onun dövlət qeydiyyat nişanının yerinə "BOZ" sözü yazdırıb.

Qeyd edək ki, Murad Boz və aktrisa Əsli Ənvər 2 il yarım sürən münasibətə ötən ay son qoyublar.


Müəllif: Cəmilə