Müğənni Mənzurə Musayeva "5/5" verilişində “bankrot” olmasından danışıb.
Teleqraf.com-un məlumatına görə, veriliş zamanı Zaur ifaçı haqqında "Şəhərin 10 yerində evi var" sözlərini deyib. Mənzurə isə iki evini biznes yolunda qoysa da bunu itirdiyini deyib:
"Elə bilərlər, doğrudan, mənim o qədər evim var. "Bankrot" oldum, hamısı getdi. İndi şəhərdə iki evim var. "Bankrot" olduğum üçün ikisini satmışam. Bir iş görürdüm, alınmadı. Karyer açacaqdım, o vaxt müflis oldum. Evləri satdım ki, nəsə edim, o da alınmadı".