Türkiyənin məşhur müğənnisi Hadisənin bacısı Hülya Açıkgöz Belçikaya köçmək barədə qərara gəlib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ailəsi ilə soyuq münasibətləri olan müğənninin anası Gülnihal Açıkgöz bir müddət əvvəl Belçikaya köçmüşdü. Yayılan xəbərlərə görə, Hülya Açıkgözün də anası ilə birlikdə yaşamaq üçün İstanbulu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, müğənninin anasının intiharından sonra bacılar arasında gərginlik yaşanıb. Gülnihal Açıkgöz qızlarının pulla bağlı qalmaqalından bezərək intihara cəhd etdiyini söyləmişdi. Hülya Açıkgöz Hadisənin layihələrin birindən qazandığı 12 milyon lirəni ələ keçirdiyi bildirilirdi.