11 Yanvar 2019 15:14
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri 2019-cu ildə ilk fotosessiyasını və "Dönmək olmur" adlı albomunu təqdim edib.

Teleqraf.com-un məlumatına görə, o, eyniadlı mahnıya çəkdirdiyi klipin fotosessiyasını da izləyicilərin ixtiyarına verib.

Surinin yerdən yüksəkdə həyat üçün təhlükəli qurğuların üstündə verdiyi pozlar isə diqqət çəkib.

Qeyd edək ki, sənətçi yaxın günlərdə "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi də təqdim edəcək.

Onu da bildirək ki, müğənni ötən ilin sonlarında “Sevgi romanı”, “Gitme” adlı iki klip və dijital platformalarda “Dəlisiyəm” adlı albomunu təqdim edib. “Dönmək olmur” adlı ekran işi isə “Gitme” adlı klipin davamıdır.


Müəllif: Aygül Qarayeva