14 Yanvar 2019 09:56
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanalıyeva illər öncə rəqqasəlik etməsindən danışıb.

Teleqraf.com-un məlumatına görə, o? "Zaurla Günaydın" verilişində rəqqasəlikdən uzaqlaşmasından söz açanda göz yaşlarını saxlaya bilməyib: "Anamı itirdim. Amma Allah onun yerinə övladlarımı verdi. Allah ailəmi mənə çox görməsin, çünki çox xoşbəxtəm, sevirəm.

Rəqqasəliyə pis demirəm, o da bir sənətdir. Heç vaxt sevə-sevə rəqqasəlik etməmişəm. Ona qazanc mənbəyi kimi baxmışam. Müğənniliyə keçəndə yalvarırdım ki, Ay Allah, səsimi insanlar sevsin, rəqqasəlikdən canım qurtarsın. Şükür, canım qurtardı, müğənniliyimi bəyəndilər".


Müəllif: Aygül Qarayeva