15 Yanvar 2019 13:51
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar artisti Bəsti Sevdiyeva gəlini ilə bir evdə yaşamaq istəmədiyini deyib.

Teleqraf.com-un məlumatına görə, o, bu sözləri “Hər şey daxil” verilişində səsləndirib.

Oğlu Ayxanı yenicə nişanlayan xanəndə bildirib ki, gələcək gəlinini çox istəsə də ayrı yaşamaq niyyətindədir:

“Oğlumun “hə”sini yeni almışıq. Hələ gəlin gətirməmişik. Amma onlar inşallah mənimlə yaşamayacaqlar.

Özlərinə də demişəm, səhər gəlsinlər, axşam da tökdüklərini yığışdırıb öz evlərinə getsinlər”.


Müəllif: Teleqraf.com