21 Yanvar 2019 11:13
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım müzakirə edilib.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm.

Unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu” sözlərini yazıb.

Röya yazısında hərf səhvinə yol verərək, “Fərizə” sözünü “Fəridə” yazması sosial şəbəkədə müzakirə mövzusu olub.

Müğənni də tənqidləri cavabsız qoymayıb:

“Rəylərdə hərf səhvinə görə əziyyət çəkmisiniz, amma onu yazarkən həyəcandan bir neçə söz səhv yazılmışdı. Onu qoyaq kənara, çünki səhv tutanların həyat səhvləri əlindən parka uşaqla çıxmaq olmur. Danışsaq, daha dərin olar, vedrələr daşır, fındıqlar çoxalır. Bəli, sizə idi sözüm, “ağıllızadə”lər”.


Müəllif: Aygül Qarayeva